Los-Ancelesdəki Ürək İnstitutunun alimləri COVID-19-dan sonra anticisimlərin təhlükəli ola biləcəyi qənaətinə gəliblər.
Qaziler.az xəbər verir ki, bununla bağlı The Journal of Translational Medicine nəşri yazır.
Xəstəlik keçirmiş insanlarda yaranan anticismlər səhvən sağlam hüceyrələrə hücum edə bilər. Bu təsir bir neçə aydan sonra özünü göstərir və xroniki iltihab və sinir sistemi, dəri və oynaqlarla bağlı problemlər ilə özünü göstərir.
Düzgün işləyən anticismlər antigenləri - yadcismli zülalları məhv edir və bununla da bədəni infeksiyadan qoruyur.
Trend.az