Koronavirus keçirənlər tənəffüs əzələlərini bərpa etmək üçün hər saat 15 dəqiqə ucadan oxumalıdırlar.
Bunu Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya açıqlayıb.
“Bir çox dostlarıma və tanışlarıma xəstələndikləri zaman hər hansı mətni 15 dəqiqə, bir saatdan bir 15 dəqiqə ərzində ucadan oxumağı tövsiyə edirəm”, - deyə o bildirib.
Onun sözlərinə görə, koronavirusu keçirənlərin tənəffüs əzələlərinin, xüsusən də qabırğaarası əzələlərin yaxşı işləməsinə nail olması vacibdir. Bu kontekstdə ucadan oxuma üsulu ən təsirlisidir.
“Hətta sizin üçün darıxdırıcı olmasın deyə soyuducunun üzərindəki qeydi də oxuya bilərsiniz”, - deyə mütəxəssis məsləhət görüb.
Mənbə: RBC