Omicron ştamının düşüncə tərzini dəyişdirə biləcəyi müəyyən edilib

Omicron ştamının düşüncə tərzini dəyişdirə biləcəyi müəyyən edilib backend

“Omikron ştamı tez-tez düşüncə proseslərində dəyişikliklərə səbəb olur”.

Apa xəbər verir ki, bu barədə COVID-19 xəstələrinin simptomlarını izləyən ZOE portalı məlumat yayıb.

Digər stamlardan fərqli olaraq, Omicrona yoluxan xəstələrdə “baş dumanlanma”nın müşahidə edildiyi bildirilir: “Alimlər bu simptomun tənəffüs, qan dövranı, ifrazat və bədənin digər sistemlərinin zədələnməsi nəticəsində yarandığını irəli sürürlər. Xəstələrin demək olar ki, 50%-i qeyri-adi simptomların göründüyünü bildirib. Onların arasında Omicronun xarakterik əlamətlərindən biri də “baş dumanlanma”sıdır. Çox güman ki, Omicron yoluxanların yaddaşına da mənfi təsir göstərə bilər”.

 

Daha sonra qeyd edilib ki, çay və ya qəhvə arasında seçim etmək kimi sadə görünən qərarlar bəzi insanlar üçün çaşqınlıq yarada bilər, digərlərində isə qısamüddətli və ya uzunmüddətli yaddaşla bağlı problemlər ola bilər.

Tədqiqatçılar daha əvvəl bildirilmişdi ki, Omikrona yoluxan xəstələrdə əzələ ağrıları sağaldıqdan sonra bir il ərzində davam edə bilər.

loading...
Diaspora