"Pfizer"in "Omicron"a qarşı effektivliyi ilə bağlı AÇIQLAMA

"Pfizer"in "Omicron"a qarşı effektivliyi ilə bağlı   AÇIQLAMA backend

Ümumdünya Səhiyyə Təşkilatı "Pfizer" və "AstraZeneca" koronavirus peyvəndlərinin "omiсron" ştammına qarşı effektivliyinin aşağı olduğunu qeyd edib.

Publika.az xəbər verir ki, bu barədə təşkilat britaniyalı alimlərin apardığı araşdırmaya istinadən məlumat yayıb.

"İngiltərədə aparılan tədqiqatların nəticələri "Pfizer-BioNTech Comirnaty" və ya "AstraZeneca Vaxzevria"nın iki dozasından sonra "Delta" ilə müqayisədə "Omicron" ştammına qarşı peyvəndlərin effektivliyinin əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərir", - deyə təşkilatın bəyanatında bildirilir.

Bununla belə, qeyd olunur ki, "Pfizer" peyvəndinin gücləndirici dozasının qəbulundan sonra "omicrona" daha effektiv müqavimət müşahidə olunur.

Diaspora