Bu 4 meyvə soyulmadan yeyilməlidi - Kivi də...

Bu 4 meyvə soyulmadan yeyilməlidi -  Kivi də... backend

Bəzi meyvələrin qabıqları orqanizmin ehtiyacı olan vitaminlərlə zəngin olduğu üçün onları soymadan yeməliyik. Əlbəttə, əksəriyyətimiz meyvənin qabıqlarını soyub zibilə atırıq. Amma meyvəni soymazdan əvvəl bir az fikirləşin “niyə soyuram?” deyə.

Bilməlisiniz ki, qabıqları özündən də çox faydalı olan bəzi meyvələr var. TurpKimi.com o 4 meyvəni təqdim edir:

1 - GAVALI – qabığı tünd bənövşəyi, içi sarı rəngli olan bu meyvələr sağlamlıq üçün zəngin vitamin toplusudur. Bu meyvənin qabıqları oksidləşdirici stresin inkişaf risklərini azaldan antioksidant xüsusiyyətlərə malik bitki birləşmələri olan polifenollarla zəngindir. Zəngin lif qaynağı olan gavalı qəbzlikdən effektiv şəkildə qurtulmağa kömək olur.

2 – ARMUD – qabığında olan lif armudun özündən qat-qat çoxdur. Həmin lif bağırsaqları qoruyur və qəbizliyi aparır.

3 – KİVİ – Bilirik ki, kivi qabığı soyulmadan yeyilmir. Amma düz oxudunuz, kivi qabığı soyulmadan yeyilməlidir. Çünki qabığı lif, fol turşusu, E və C vitamini ilə zəngindir.

4 – ALMA – qabığı toxuma zədələnməsinə qarşı qoruyan və degenerativ xəstəliklərin qarşısını alan yüksək konsentrasiyalı antioksidantlarla zəngindir. Tərkibinə xərçəng riskini azaldan triterpenoid adlı maddə var.

Diaspora