İnfeksion xəstəliklərdə təməl qanunlardan biri: Virusun yayılma gücü nə qədər çox olarsa, öldürücülük qabiliyyəti zəifləyir.
Məlumatlara görə, "omikron" indiyədək olan variantlardan daha sürətli yayılma xüsusiyyətinə malikdir.
Bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkimin sözlərinə görə, Cənubi Afrikada yaranan bu ştamın öldürücülüyü aşağı olacaq:
"Əgər qrip kimi yüngül keçsə və yayılma sürətinə görə "delta"nı üstələsə, sanki insanları özü vaksinasiya edəcək. Pandemiya isə bitmiş sayılacaq"./publika.az