“Heç bir yeni ştamm-falan yoxdur, xəstəliyi vaksinlər və 5G qüllələri yayır" – Məşhur həkimdən İDDİA

“Heç bir yeni ştamm-falan yoxdur, xəstəliyi vaksinlər və 5G qüllələri yayır" –  Məşhur həkimdən İDDİA backend

2 ildir ki, dünya pandemiya ilə çarpışır. Hər dalğadan dalğaya keçdikcə, mutasiyalara öyrəşdikcə bu il mütləq son olar deyə düşünürük. Sanki bəzən özümüz özümüzü aldadırıq. Noyabrda aşkarlanan yeni Omikron ştammı isə alimlərdən tutmuş həkimlərə kimi hamını ümidsiz edib. Yenə xəbərdarlıqlar, yenə vaksinləşmə, yenə qapanma çağırışı.

Pandemiyanın belə gediş almasının səbəbləri nədir?

Hər mütəxəssisin buna öz arqumenti var.

Medicina.az-a fərqli açıqlamaları ilə tanınan tibbi ekspert və həkim Abdulla Şıxlinskiy təzə ştamm barədə öz fikrini bildirib. Həkim saytımıza açıqlamasında yeni ştammın növbəti yalan olduğunu bildirib.

“Süni pandemiyanın davam etməsi bir neçə mərhələdən keçir. Birinci mərhələdə kimyəvi silahla ilkin hücum oldu. 2-3-cü mərhələnin təminatı vaksin və 5G qüllələri ilə həyata keçirlir.

Vaksin deyilən maddənin tərkibində müxtəlif yoluxucu infeksion xəstəlik törədicilərinin olması barədə məlumat vermişdik.

Artıq çox insanlar vaksin olunduğu üçün təbii ki, ölkələrdə həmin vaksinin icindəki törədici yeni yoluxucu xəstəlik dalğasına səbəb oldu, ona görə hər keçən ay xəstələrin sayı artır. Həmin xəstəlikləri də müxtəlif cür adlandırırlar. Birinə Omikron, digərinə Momikron... Latın əlifbasının nə qədər hərfləri var, yan-yana düzəcəklər.

Həqiqətdə isə heç bir ştamm-falan yoxdur. Bu artıq vaksinlərin içində olan xəstəliklərin işə düşməsidir.

Hal-hazırda yoluxan ölən insanların yarıdan çoxu vaksin almış insanlardır.

Sankt Peterburqlu professor alim Retko bildirib ki, artıq bundan sonra özünüzü vaksinləşmiş insanlardan qorumalısız. Çünki bu insanlar xəstə hesab edilir, onların bədənində müxtəlif törədicilər var. Bu ştamm dedikləri virusu –yəni xəstəliyi vaksinləşmiş adamlar adi sağlam adamlara keçirir. Beləliklə, daha yeni dalğa başlayır.

Bundan əlavə İngilis kəşfiyyatının keçmiş agenti Con Kolliman çıxışlarında qeyd edib ki, yalançı koronavirus pandemiyanın təminatı aşağıdakı üsullarla aparılır

- Kimyəvi bioloji silahın tətbiqi, sınağı

- NATO-nun gizli 6-cı briqadası müxtəlif ölkələrə keçərək həmin xəstəlik törədicilərini süni olaraq yayıb gedir. Bu qruplaşmanın qarşısında heç bir maneə dura bilməz. Onlar istədikləri ölkədə həmin xəstəliyi yayır.

- Hazırda vaksinlərin içindəki tərkib işləyir

- Yeni xəstəliklərin yayılmasında qüvvələrə kömək edən isə 5G qüllələridir. Bunları çox ölkələrdə, o cümlədən Azərbaycanda da (sadəcə dəqiq harda quraşdırıldığını bilmirəm) insanlar 2020-ci ildə pandemiya karantinində oturanda quraşdırdılar. O günlərdə ki, bir adam küçədə olmamalı idi. Çünki heç kim 5G qüllələrinin harda quraşdırıldığını görməməli idi.

Bu qüllələr də yenə də Böyük Britaniya və ABŞ xüsusi xidmət orqanlarının nəzarəti altında quraşdırılıb.

Sual edə bilərlər ki, 5G telefon, rabitə, internet keyfiyyəti üçündür. Nə fəsad gətirə bilər belə bir yüjsək texnologiya?

Rusiyanın texniki elmlər namizədləri Tunyayev, Vladimir Medvedyev çıxışlarında qeyd ediblər ki, 5G qüllələri 10 il əvvəl ABŞ-da müxtəlif ştatlarda eksperiment üçün quraşdırılmışdı. Bu “vışkaların” buraxdığı dalğalar insanların ağciyərlərində iltihabi proses yaradır, qan təzyiqini, kəllədaxili təzyiqi qaldırır, görməni zəiflədir, ümumiyyətlə həyati vacib orqanların funksiyasını pozur, insanlar xəstə və halsız olur. Bütün bunları birləşdirərək, belə qənaətə gəlmək olur ki, 5G sistemi koronavirus plandemiyasının tərkib hissəsidir.

Koronavirus pandemiyasının həqiqi olduğuna hələ də inananlara bir də demək istəyirəm ki, hər hansı infeksion xəstəliyin törədicisi mikroskop altında görülməldir. Nə adi mikroskop, nə elektron mikroskop altında koronavirus görməyiblər. Nə bir həkim, nə bir alim. Bəli koronavirus var, o cəmi 32 saat yaşayır. 32 saat yaşayan virus insanda ölümcül xəstəlik yarada bilməz, bədənində günlərlə qala bilməz.

Bu vaxta qədər modul xəstəxanalarında yüzlərlə insan ölüb, reanimasiyalarda xəstələr ağciyərləri 90% tutulmiş halda yatır. Hansı xəstənin və ya meyitin bioloji materialında, bəlğəmindən nümunədə koronavirus tapılıb? Ümumiyyətlə, Azərbaycanda koviddən ölən xəstələr patoloji müayinədən keçmir. Əgər tapılmırsa, o zaman necə diaqnoz qoyulur, koronavirusdan öldüyü necə təsdiqlənir. Ağciyərləri buzlu şüşə idi, bütün toxuması yanıb, qan qatılaşıb, ürək dayandı, saturasiya düşdü öldü? Gedin baxın bütün xəstələrin, ölənlərin rəsmi sənədində nə yazılıb. Kəskin ürək damar, böyrək çatışmazlığından ölüb. Koronavirus tapdınızmı bəlğəmində, qanında, ağciyərində? Hansı həkim bunu öz gözləri ilə görüb. Heç kim. Bizim həkimlər də bəzi qüvvələrin uzaqdan komandasına inanır, qul kimi kim nə dedi onu təkrarlayır, başlarını aşağı salıb xəstələrlə məşğuldular.

Pandemiya adlanan bu yalançı oyun 2080-ci ilə kimi müxtəlif yollarla və adlarla davam edəcək.

Bu haqda dünya bankının saytında 2020-ci ilin martından məlumat var idi. Dünyada dünyəvi dövlət adlanan bir struktur var, orda 300-lər adlanan maliyyə komitəsinə bankirlər sülaləsi, oliqarxlar dailəsi daxildir. Rokfeller şəxsən özü 2005-ci ildə öz çıxışında açıq demişdi ki, 3-cü dünya müharibəsini biz kimyəvi bioloji silah vasitəsilə edəcəyik.

Əvvəllər atom silahı gündəmdə idi. Nəyə görə ondan imtina etdilər? Çünki atom bombasını konkret olaraq hansısa dövlət atmalıydı. İnsanlar biləcəkdi ki, bu kimin oyunudur, düşmənini tanıyacaqdı. Ona görə atomdan vaz keçdilər. Kimyəvi bioloji yol daha təhlükəsizdir bu qüvvələr üçün. İnsanlar heç kimi günahlandıra bilmir. Öləndə də deyirlər virusa yoluxdum öldüm, öz günahımdır. Bu komitə dünya əhalisini 1-2 milyarda qədər azaldacaq, onlar da bu quruma xidmət edən qullar olacaq”.

Diaspora