Dönər ilə ayran içənlər, aman diqqət!

Dönər ilə ayran içənlər, aman diqqət! backend

Artıq əksəriyyətimiz üçün dönərin yanında ayran içmək olmazsa olmazlardandır. Lakin bu qidalanma tərzinin bəzi mənfi tərəfləri var.

Bununla bağlı araşdırmaçı yazar Mehmet Əli Bulud ayranın qırmızı ət ilə birlikdə içilməsinin zərərli olduğunu irəli sürüb.

O, açıqlamasında orqanizmin düzgün çalışmaq istəyində olduğunu bildirib: “Ət yeməklə, süurlu şəkildə ət yemək arasında böyük fərq var. Məsələn; ət yedikdən sonra üzərindən ayran içmək öldürücü bir şeydir. Heç bir şey içmə, onunla birlikdə heç bir şey qəbul etmə. “Bediüzzaman” belə deyib: “Bədənə rüşvət verə-verə inqilabçıları bədənə soxursan. Tikəni bir dəfə dişləməlisən. Bunu etməsəniz, beyin orqanizmə nəyin getdiyini bilmir. Tikəni iri-iri udmaq böyük problemdir. Mədə qidanı turşu ilə həll edir” ifadələrini işlədib”.

Ümumiyyətlə, əksər insanlar yemək yeyərkən ətin yanında ayran içmək və ya qatıq yeməyi çox sevir. Amma bu hal dəmirin qana sorulmasını qismən azaldır. Ona görə də dəmir tərkibli qidaların süd və süd məhsulları ilə birlikdə qəbul edilməsinə diqqət etmək lazımdır.

TurpKimi.com

Diaspora