Yeni ştamma qarşı peyvəndlərin effektivliyi dəyərləndirildi

Yeni ştamma qarşı peyvəndlərin effektivliyi dəyərləndirildi backend

Mövcud koronavirus peyvəndləri yeni “Omikron” ştammına qarşı daha az təsirli ola bilər.

Bunu İsveçrənin Səhiyyə Nazirliyi bəyan edib.

Qurumdan verilən açıqlamada bildirilib ki, hazırkı peyvəndlərin koronavirusun yeni variantına qarşı daha az təsirli olması ehtimalı var.

Həmçinin, nazirlikdən yayılan məlumatda “Omikron”un günümüzdə bütün dünyada üstünlük təşkil edən “Delta” ştammından daha ötürücü olduğu qeyd edilib. (oxu.az)

Mənbə: “RİA Novosti”

Diaspora