Azərbaycana əlavə “Pfizer-Biontech” vaksini gətirilib

Azərbaycana əlavə “Pfizer-Biontech” vaksini gətirilib backend

Azərbaycana bu günədək 319 410 doza “Pfizer- Biontech” vaksin dərman vasitəsi gətirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib.

Bildirilib ki, əlavə olaraq ötən həftə 99 000 doza vaksin ölkəyə çatdırılıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyatlı qurumlara məktub göndərib. Məktuba əsasən Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb: "Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir".

Diaspora