Lif tərkibi ilə xəstəliklərə qalib gələn XURMA

Lif tərkibi ilə xəstəliklərə qalib gələn XURMA backend

 

Soyuq fəslin ən dəyərli meyvəsi...

Payız-qış fəslinin ən dəyərli meyvəsi olan xurma həm vitamin, həm də minerallarla zəngindir. Sağlamlığa faydaları bitib tükənməyən xurmanın ana vətəni Çin və Yaponiyadır.

Xurmanın tərkibində A, C, B1, B2 və B3 vitaminləri, karbohidrat, fosfor, protein, kalsium, dəmir, natrium, selüloz, kalium və maqnezium var.

Mədə problemlərinə müsbət təsir edir. Xüsusilə də qastriti olanların yeməsi məsləhətlidir. İmmun sistemini bütünlükdə gücləndirir. Bədəni qış aylarında yaşana biləcək qrip, soyuqdəymə kimi xəstəliklərdən qoruyur. Mikroblarla mübarizə aparır.

Yüksək antioksidant qaynağıdır. Bu xüsusiyyəti ilə göz sağlamlığına da faydalıdır. Yaşlılıqla əlaqədar meydana gələn göz xəstəliklərinə qarşı qoruyur.

Yüksək təzyiqdən əziyyət çəkənlərin təbii dərmanıdır. Xolestrol və təzyiqi aşağı salmaq gücünə malikdir.

Qanazlığının və bağırsaqların iltihablanmasının müalicəsində istifadə olunur. Davamlı istifadə edildikdə ishalın qarşısını alır.

Lif qaynağı olan xurmanın 100 qramında 3,6 faiz lif vardır. Meyvə yüksək lif tərkibi ilə arıqlamağa kömək edir.

Əhəmiyyətli dərəcədə C vitamini ilə zəngindir. 100 qram xurma yeməklə C vitamininə olan ehtiyacınızın 13 faizini təmin etmiş olursunuz.

TurpKimi.com

Diaspora