ÜST pandemiyanın bitməsini nə vaxt elan edəcəyini açıqladı

ÜST pandemiyanın bitməsini nə vaxt elan edəcəyini açıqladı backend

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının bitməsini nə vaxt elan edəcəyini açıqlayıb.

Qurumun Avropa Bürosunun direktoru Hans Kluge “La Vanguardia” qəzetinə müsahibəsində bununun səhiyyə sisteminin yüklənməsinin azalması zamanı ola biləcəyini deyib.

“Biz virusla yaşamağı öyrənməliyik. Səhiyyə sistemimizin koronavirusdan xəstəxanaya yerləşdirmə və ölüm halları ilə yüklənməsi azalacağı zaman, yəni əvvəllər göstərilən xidmətləri göstərmək mümkün olan kimi, pandemiya endemiyaya çevrilə bilər”, - deyə o, izah edib.

Onun sözlərinə görə, kifayət qədər etibarlı hesablamalara görə, gələn ilin fevralına qədər Avropa regionunda koronavirusa görə infeksiyanın yayılması tendensiyası dəyişməsə, daha yarım milyon insan ölə bilər.

“Niyə yenidən problemlərlə üzləşdik? Çünki region ölkələrinin yarıdan çoxunda peyvənd ləngiyir”, - ÜST nümayəndəsi əlavə edib.

“Bir neçə ay əvvəl əsas problem (vaksinlərin) mövcudluğu idi, indi isə problem peyvəndlərə skeptisizm, saxta xəbərlərdir”, - deyən Kluge, peyvənd məsələləri ilə bağlı Avropada işçi qrupu yaratmağa hazırlaşdığını söylədi.

loading...
Diaspora