Pandemiya dövrü olduğu üçün tez-tez əllərimizi yuduğumuz üçün əllərimizi həddən artıq quru hiss etmək normaldır. Artıq payız aylarını yaşadığımız üçün soyuq da əllərimizin dərisinə mənfi təsir edəcək.
Əllərin qırışması, çatlaması və sərtləşməsi ən çox yaşanılan problemdir. Əllərə nə qədər qulluq edilsə də, kimyəvi maddələr əllərə toxunan zaman problem təkrar yaşana bilər. Ancaq əllərinizə kimyəvi maddələr vurmadan, ev şəraitində də qulluq etmək mümkündür.
Dərisi qabıq verən, quruyan və ya çatlayan əllərə evdə qulluq üsullarını sizinlə bölüşürük:
- Günəbaxan yağı və yulaf qarışığından faydalanın.
Günəbaxan yağı, quru dərini nəmləndirir və canlandırır. Günəbaxan yağının dərini qurumadan qorumaq xüsusiyyəti var. Digər tərəfdən yulafın da bənzər xüsusiyyətləri var. Buna görə də bu qarışım dəriniz üçün çox faydalı olacaq;
Bir az bişmiş və yaxud çiy yulafı günəbxan yağında qarışdırıb dərinizə çəkməklə, ona elastiklik verə bilərsiniz.
Günəbaxan yağı yerinə başqa yağlardan istifadə etməyiniz tövsiyyə edilmir. Məsələn; zeytun yağı, dərisi qurumuş əllər üçün faydalı deyil, əksinə zərərlidir.
- Əllərinizə bal çəkin.
Bal, antibakterial və antioksidan tərkibə malikdir. Ənənəvi üsulla yanaşı, qurumuş dəriyə çəkərək onun elastikliyini artıra bilərsiniz.
Bal, quru nahiyəni təmizləyib dezinfeksiya edir. Daha sonra zərər görmüş toxumanı bərpa etmək üçün immun sistemi xəbərdar edir.
Yanıqların müalicəsi zamanı da baldan istifadə edilir.
- Vazelin, dərinizi müalicə edəcək.
Əllərinizin kobud olmasını istəmirsinizsə, gecə yatmamışdan əvvəl vazelin sürtün və əlcək geyinin. Vazelin kimi məhsullar dərini nəmləndirir. Əllərinizə vazelin sürtüb pambıq əlcək geyinmək vazelinin əldə qalmasını təmin edir.
- Avokado maskasını əllərinizdə sınayın.
Əllərə avokado maskası tətbiq etmək də dərini gözəlləşdirir.
Avokadonun nəmləndirmə xüsusiyyəti var və tərkibi bir çox vitaminlərlə zəngindir.
Yetişmiş yarım avokado, 1 çay qaşığı hindistan qozu yağı, 1 çay qaşığı jojoba yağı və yarım çay qaşığı limon suyunu qarışdıraraq əllərinizə çəkin. Bir az yulaf əlavə edib, qarışığı gücləndirə bilərsiniz. Maskanı 10-15 dəqiqə əllərinizdə saxlaya bilərsiniz. Maskanı yuduqdan sonra, əlləriniz yumşaq və qabıqsız olacaq.
- B3 vitamini əllərinizi qoruyacaq.
Əllərin yumşaq olması və qabıq verməməsi üçün B3 vitamini ilə zəngin qidalar yeməlisiniz. Bununla yanaşı, tərkibində B3 vitamini olan məhsulların istifadəsi, dərinizi hamar və elastik edəcək.
Dermatoloqların fikrincə, B3 vitamini ilə zəngin bütün vasitələr, dəri üçün faydalıdır.
-
Bizimyol.info