Məşhur həkim koronavirusun SƏHV müalicəsi haqqında danışıb

Məşhur həkim koronavirusun SƏHV müalicəsi haqqında danışıb backend

COVID-19-a yoluxan xəstəyə ilk 7 gün ərzində antibiotik, deksametazon, su içə bilən xəstəyə sistem, cavan və risk qrupunda olmayan xəstələrə isə qandurulducu, immun modulyatorlar, bioloji aktiv maddələr yazmamaq müalicənin əsasını təşkil edir.

Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim qeyd edib ki, müalicənin əsas taktikası minimal dərman istifadəsidir:

"Hər xəstəyə fərdi yanaşılmalıdır. Amma məlumat üçün deyim ki, COVID-19-un ev müalicəsini panikaya düşüb aqressiv başlayanların çoxunda ağırlaşmalara daha çox rast gəlinir. Varlı adamlar, hansılar ki, düşünür bütün apteki ala bilərlər, aqressiv müalicə edirlər. Ölən məşhur adamların əksəriyyətinin ev müalicəsini araşdırsanız, onların müalicəyə çoxsaylı dərmanla başladığını aydın görə bilərsiniz".

Diaspora