COVID-19 nəticəsində ən çox zədələnən daxili orqanlar açıqlanıb.
Bu barədə rusiyalı virusoloq Yevgeni Timakov “Vesti FM” radiosunun efirində məlumat verib.
O, koronavirusun daha çox ağciyərləri sıradan çıxardığını bildirib.
Həkimin sözlərinə görə, bağırsaqlar və qaraciyər də ölümcül virusun hədəfində olan vacib orqanlardandır.
Timakov COVID-in bağırsaqlar və qaraciyərə mənfi təsirini daha təhlükəli hesab etdiyini vurğulayıb. Belə ki, birinci halda immunitet daha da zəifləyir ki, bu da virusa qarşı mübarizəni mümkünsüz edir.
İkinci halda isə qanın təmizlənməsi prosesi əngəllənir və ölümlə nəticələnə biləcək toksik zəhərlənmə ehtimalı yaranır. (oxu.az)
Mənbə: Lenta.ru