"Tonometrlə təzyiqi ölçərkən ən kobud səhv manjetin sıx bərkidilməsidir".
Bunu teleaparıcı və həkim Aleksandr Myasnikov "Rossiya 1"in efirində deyib.
"Manjeti həddindən artıq sıxsanız, təzyiqinizin göstəricisi real olandan daha çox olacaq", - deyə aparıcı vurğulayıb.
Myasnikov, təzyiqi ölçmək üçün ən dəqiq cihazın civəli tonometr olduğunu da qeyd edib:
"Saatlar, qolbaqlar və oxşar funksiyaya malik digər aparatlar dəqiqlik baxımından civəli tonometrdən xeyli aşağıdır. Avadanlıq nə qədər rahat olsa, bir o qədər qeyri-dəqiq olur".(publika.az)