“Üçüncü dozadan sonra heç kim virusa yoluxmayacaq” - Vaksinin yaradıcısı

“Üçüncü dozadan sonra heç kim virusa yoluxmayacaq” -  Vaksinin yaradıcısı backend

Türk elm adamlarının hazırladığı “Pfizer” ən uğurlu peyvəndlərdən sayılır. Uğur Şahinin və onun həyat yoldaşı Özlem Türecinin yaratdığı “BionTech” bütün dünyaya səs salıb. Xüsusilə Avropada “Pfizer”ə xeyli üstünlük verilir.

Bizimyol.info xəbər verir ki, Uğur Şahin Yunanıstan mətbuatına müsahibəsində şirkətin istehsal etdiyi vaksinin effektliyindən danışıb. Professor üçüncü dozadan sonra heç kimin virusa yoluxmayacağını deyib. Uğur Şahinin sözlərinə görə, ikinci doza ağır xəstəliklərə qarşı müdafiə sistemi yaradır. Amma üçüncü dozanın insanları virusdan tam qoruyacağı bildirilib.

Uğur Şahin və Özlem Türeci Yunanıstana onlar üçün nəzərdə tutulmuş mükafatı almağa gediblər. Təqdimolunma mərasimindən sonra elm adamları jurnalist Aleksis Papaçelasın suallarını cavablandırıblar. Uğur Şahin məhz indi “Pfizer”in üçüncü dozasına ehtiyac olmadığını deyib. Şirkət rəhbəri gələcəkdə üçüncü dozanın vurulmasının tərəfdarıdır.

Diaspora