Pandemiyanın ilk dövrlərində hamilə qadınların koronavirusa yoluxmasının böyük risk doğurmadığı bildirilirdi. Lakin indi vəziyyət tam başqadır.
Respublikanın baş pediatrı Erkin Rəhimov deyir ki, hamiləlik dövründə koronavirusa yoluxma yeni doğulan uşaqlarda bəzi problemlər yaradır.
Süd verən analara gəldikdə isə onları düşündürən əsas məqam ana südündən uşağa koronavirusun keçib-keçməməsidir. Xüsusilə nəzərə alsaq ki, bəzən virus insanda özünü büruzə vermir.
Digər bir məsələ azyaşlıların vaksin olunması ilə bağlıdır. Artıq ölkəmizdə peyvənd yaşı 12-dək endirilib. Maraqlıdır, gedişatdan asılı olaraq daha aşağı yaş qruplarına da peyvənd vurula bilərmi?
Baş pediatr bildirib ki, azyaşlılar üzərində aparılan tədqiqatlar müsbət nəticələnərsə, yeni doğulanların peyvənd olunması istisna edilmir.