Vaksindən virusa yoluxmaq mümkündürmü? - AÇIQLAMA

Vaksindən virusa yoluxmaq mümkündürmü? -  AÇIQLAMA backend

"Vaksindən koronavirusa yoluxmaq barədə səsləndirilən fikirlərin elmi əsası yoxdur".

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, əgər insan vaksin vurduran ərəfədə və yaxud sonra virusa yoluxursa, bunu peyvəndlə əlaqələndirmək doğru deyil:

“Vaksinlərin tərkibində canlı virus olmadığına görə onların istifadəsindən yoluxmaq mümkün deyil. İstər vaksin vurulan ərəfədə, istərsə də sonra insan virusa yoluxa bilər və bu gizli dövrdən sonra (2-14 gün arası) meydana çıxa bilər. Bu yoluxmanın səbəbi vaksin deyil, viruslu insanla təmasda olmaqdır”.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 8 623 360, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 778 843, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 844 517 təşkil edir.

Trend.az

Diaspora