Siqaret çəkənlər koronavirusu yüngül keçirir? - AÇIQLAMA

Siqaret çəkənlər koronavirusu yüngül keçirir? -  AÇIQLAMA backend

Siqaret çəkən insanların koronavirusu yüngül keçirməsi ilə bağlı cəmiyyətdə fikirlər səsləndirilir və bu da onunla əsaslandırılır ki, nikotin koronavirusun ağciyərə düşməsini əngəlləyir.

Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bu fikirlərin əsassız olduğunu bildirib.

O qeyd edib ki, siqaret çəkməyin və nikotinin xəstəliyin daha yüngül keçməsinə səbəb olması fikri əsaslı deyil:

“Əksinə uzun müddət siqaret çəkən insanların tənəffüs yollarında xronoki iltihablaşma gedir ki, bu da həmin insanlarda koronavirusa yoluxma zamanı daha ciddi ağırlaşmalara səbəb ola bilər”.

Mənbə: Trend

Diaspora