Həkim: Vaksin vurduran şəxsdə bu əlamətlər ola bilər

Həkim: Vaksin vurduran şəxsdə bu əlamətlər ola bilər backend

Qarşıdan payız-qış mövsümü gəlir. Payız aylarında əksər insanda müşahidə olunan yüngül qrip simptomları insanları narahat etməyə başlayıb. İnsanlar koronavirusa yoluxmalarından ehtiyat edirlər. COVİD-19 əleyhinə peyvənd olunan şəxslər mövsümi qriplərə qarşı da peyvənd olunmaq istəyirlər. Lakin bunun orqanizimə ziyan verməsindən qorxurlar.

Axar.az xəbər verir ki, bununla bağlı danışan həkim Elnur Eldaroğlunun sözlərinə görə, COVID-19 əleyhinə peyvənd olunan şəxslər, eyni zamanda mövsümi qriplərə qarşı da peyvənd oluna bilərlər:

“Hər iki peyvəndin mexanizmi eyni dərəcədə olsa da, koronavirus üçün vurulan peyvəndlər adi qrip peyvəndindən fərqlənə bilər. Normal halda insanlara hər il ildə 2 dəfə adi qrip peyvəndi vurulur. Hesab edirəm ki, peyvənddən əlavə bədənin özünün immun sistemini artırmaq daha doğrudur. Eyni şəxsə bir neçə dəfə peyvənd vurula bilər”.

E.Eldaroğlu qeyd edib ki, adi qrip peyvəndi və koronavirus əleyhinə peyvənd vurduran şəxsdə ilk dozadan sonra ağırlaşma müşahidə edə bilərik. Zökəm və allergiya halları arta bilər. Bu, gözlənilən haldır.

Diaspora