İnsanın psixoloji vəziyyəti qidaların tərkibindəki faydalı amin turşularından asılıdır.
Amin turşuları bədəndə serotonin və endorfin hormonlarının ifraz olunmasına birbaşa təsir edir.
Diyetoloq Marqarita Koroleva payız depressiyasından qorunmağın yollarından danışıb:
“Payızda bir qayda olaraq depressiv əhval-ruhiyyə hakim kəsilir, günlər qısalır və bədəndə yayda olduğu qədər serotonin ifraz olunmur. D vitamini də artıq isti günlərdə olduğu qədər istehsal olunmur. Belə olan halda əhvalınızı yüngül səhər yeməyi ilə qaldırın, rasiona yalnız taxıl məhsulları deyil, meyvələr də daxil ola bilər”.
Diyetoloq səhər qəhvəsini bitki çayları ilə əvəz etməyi, alma cemi ilə qara çörək yeməyi tövsiyə edir.
M.Koroleva günortadan sonra giləmeyvə mürəbbəsi ilə balqabaqlı pankek və ya balqabaq yeməyi, naharda isə göbələk və ya tərəvəzli şorba yeməyi məsləhət görür. Həkim əsas yeməyə tərəvəz qarniri əlavə etməyi, yaxud da çuğundur, yerkökü, kərəviz və xiyar ilə ət salatı hazırlamağı təklif edir. Mütəxəssis həmçinin qeyd edir ki, payızda şəkərsiz isti kompotlar, giləmeyvə cövhərləri və ya təmiz su içmək daha yaxşıdır./publika.az