“Pfizer” peyvəndinin üçüncü dozası immuniteti 10 dəfədən çox artırır?- İsrail alimlər
Israilin Səhiyyə Nazirliyi, Veyzman institutu, “Technion” şirkəti, İvrit universiteti, “Gartner” institutu və “KI” institutundan bir qrup tədqiqatçı tərəfindən edilən yeni bir araşdırma “Pfizer” peyvəndinin üçüncü dozasının koronavirus infeksiyasının qarşısının alınmasında və ağır xəstəliklərin profilaktikasında yüksək təsirli olduğunu göstərib.
Moderator.az bu haqda yerli mediaya istinadla xəbər verir.
“The New England Journal of Medicine” jurnalında nəşr olunan araşdırmanın nəticələri göstərir ki, “Pfizer” peyvəndinin "gücləndirici" dozası ilə aşılananların immunitet müdafiə qabiliyyəti beş və ya daha çox ay əvvəl cəmi iki doza ilə peyvənd edilənlərlə müqayisədə on dəfədən çox artır.