Bu günə qədər əks-göstəriş sertifikatı verilən şəxslərin sayı açıqlandı

Bu günə qədər əks-göstəriş sertifikatı verilən şəxslərin sayı açıqlandı backend

"Bu günə qədər ümumilikdə 1000-ə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar".

Bu barədə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Stasionar xidmətin təşkili sektorunun müdiri Aytən Sultanova bildirib.

Onun sözlərinə görə, COVID-19 peyvəndi vurdurmağa qarşı əks göstərişlər idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, allergik və onkoloji xəstəliklərə görə, hamiləliyə, südverməyə görə, qan-damar sisteminin ağır xəstəlikləri, xroniki qaraciyər və böyrək xəstəliklərinə görə verilib.

Diaspora