"Uşaqlara COVID-19 əleyhinə vaksin vurula bilər" - Uğur Şahin

"Uşaqlara COVID-19 əleyhinə vaksin vurula bilər" -  Uğur Şahin backend

“İmmuniteti zəif olan insanlara koronavirus əleyhinə üçüncü doza vaksin vurulması mütləqdir”.

Qazilər.az “Haber Global”a istinadən xəbər verir ki, bunu COVID-19-a qarşı “BioNTech” vaksinini kəşf edən türkiyəli alim Uğur Şahin Almaniya qəzetlərindən birinə verdiyi müsahibəsində deyib.

O, 5-11 yaş arası uşaqların COVID-19-a qarşı vaksinasiya olunması məsələsinə toxunaraq bildirib ki, bu il üçün uşaqlara peyvənd vurula bilər: “Bu istiqamətdə aparılan bütün araşdırmalar müsbət nəticə verib və əgər aidiyyəti qurumlar razılıq versə, böyük ehtimal bu il məsələ öz həllini tapmış olacaq. Sentyabrın sonunadək Avropa və ABŞ-dakı rəsmilərə verəcəyimiz məlumatlardan nəticə ala biləcəyik”.

U.Şahin hazırda Almaniyada “Delta” ştamının yoluxma sayında artıma səbəb olduğunu da vurğulayıb: “Payız aylarında yoluxma sayının artması qaçılmazdır. Təəssüf ki, virusun yoluxma faizi çox yüksəkdir. Əhalinin 70-80 %-i peyvənd olunsa belə, yerdə qalan 20 % vaksinasiyadan keçmədiyi üçün əlavə qorunma olmadan yoluxma hallarının artmasının qarşısını ala bilmərik. Vəziyyətin qarşısını almaq üçün xüsusilə də qapalı məkanlarda sərt tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

Diaspora