Simptomlar tamamilə dəyişdi: Bu simptomlara diqqət yetirin!

Simptomlar tamamilə dəyişdi:  Bu simptomlara diqqət yetirin! backend

"Ailələr burnu axan uşağın koronavirusa yoluxa biləcəyini düşünməlidir."

Bu fikirləri Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri şöbəsinin müdiri, professor Mehmet Ceyhan uşaqlarda görülən koronavirusla bağlı önəmli açıqlamalar verən zaman səsləndirib.

Həkim, onu da qeyd edib ki, koronavirus əvvəllər temperatur, baş ağrısı, bədən ağrısı və dad pozğunluğu ilə özünü göstərsə də, lakin indi daha çox soyuqdəymə formasında özünü göstərir.

"Böyüklərin 85 faizi, uşaqların isə 90 faizi virusu simptomsuz keçirdir. Bu bir tərəfdən yaxşı şeydir, digər tərəfdən isə pis. Çünki diaqnoz olmadıqda tədbir görmək çətinləşir.

Avtobusa minirsən, virusa yoluxmuş adam var, amma o adamın özünün də xəbəri yoxdur. Heç bir şikayəti olmadığı üçün maskadan düzgün istifadə etmir və bütün avtobusda olan insanlara yoluxdurur. Buna görə də mübarizə aparmaq asan deyil”.

Həkim onu da bildirib ki, uşaqlarda klinik gedişatda fərqlər var.

"İndiki virus “Alfa” variantından fərqli simptonlara sahibdir. Delta variantı o qədər də aydın olmayan, soyuqdəymə formasında başlayır. Məsələn, uşağın qızdırması belə yoxdur sadəcə bir az öskürür, asqırıq və test yoxlanışı edirsən, pozitiv çıxır. Amma hər burnu axan uşağa da, "koronadır" demək olmaz”,-deyə həkim bildirib.

Bizimyol.info

Diaspora