18 yaşdan aşağı şəxslərin peyvəndlənməsi barədə AÇIQLAMA - VİDEO

18 yaşdan aşağı şəxslərin peyvəndlənməsi barədə  AÇIQLAMA - VİDEO backend

Azərbaycanda 18 yaşdan aşağı şəxslərin peyvəndlənməsi mərhələli şəkildə aparıla bilər.

Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib.

“Peyvəndlənmə prosesi başlayanda prioritet qruplar müəyyən edilib. Əvvəlcə tibb işçiləri və 65 yaşdan yuxarı şəxslər peyvəndlənirdi. Daha sonra isə hissə-hissə bu yaş qrupu aşağıya doğru hərəkət etdi. Adətən ölkənin peyvənd rezervinə və həmin yaş qrupuna daxil olan insan sayına uyğun peyvənd politikası irəli sürülür. Hər halda Azərbaycanda müəyyən araşdırmalara əsaslanaraq, yaş tendensiyasını hissə-hissə aşağı endirməyə başlayırlar. Peyvənd tətbiq edən ölkələr çoxdan 12 yaşdan yuxarı uşaqlara peyvənd vururlar. Yəqin ki, Azərbaycan səhiyyəsinin də öz prioritetləri var deyə bu tendensiyanı yavaş-yavaş aşağı endirməyə çalışırlar", - deyə o bildirib.

Diaspora