Koronadan evdə müalicə neçəyə başa gəlir?

Koronadan evdə müalicə neçəyə başa gəlir? backend

Evdə müalicə alan koronavirs xəstələrinin dərmanlara xərcləri nə qədər çıxır?

Qazilər.az xəbər verir ki, Medicina.az bununla bağlı araşdırma aparıb.

Beləliklə müalicə xərcləri:

Həkim qəbulları – 40-50-60, uzmanlar 70 manat;

Analizlər – xəstəlik boyu 2-3 dəfə verilir – 200-300 manat (təkcə həyati əhəmiyyətli olan D-dimer analizinin qiyməti 40 manatdır);

Rentgen, KT müayinəsi - 120 manat;

Evdə inyeksiya və sistem üçün tibb bacısı – günü 20-30 manat, ümumilikdə 100-200 manat;

Qanın laxtalanmasına qarşı Kleksan kimi vacib preparat – cütü 17 manat, müalicə boyu 200 manat;

Antibakterial infuziya - biri 16 manat, ümumi 80-90 manat;

Digər antiviral dərmanlar, deksametazon, vitaminlər, öskürək dərmanları və s. – 200 manat;

Saturasiya cihazı "Pulsoksimetr" – 35-40 manat (koronavirus xəstələrinin taleyi bu cihazdan asılıdır);

Beləliklə, yaşlı, xroniki xəstəliyi olan, həqiqətən də mərhələləli şəkildə antibakterial, qandurulducu və deksametazon kimi preparatlar həkim tərəfindən təyin edilən xəstənin 15 günlük koronavirus mübarizəsinə 1200-1500 manat pul tələb olunur.

Əgər "Remdesevir" və evdə oksigen təchizatı olacaqsa, o zaman xərc 2000 manatı keçir.

Xəstəliyi yüngül keçirən gənc və sağlam insanların müalicəsi üçünsə 100-300 manat da kifayət edir. Təbii ki, bütün xəstəxanalar və modullarda yatan xəstələrə bu dərmanlar, hətta qarın nahiyəyə "Kleksan" da havayı vurulur.

Diaspora