Bəzi adamlarda virusdan sonra mübarizə üçün supergüc yaranır

Bəzi adamlarda virusdan sonra mübarizə üçün supergüc yaranır backend

Koronavirusa yoluxub sağalmış bəzi insanlarda bu virusla mübarizə aparmaq üçün supergüc yaranır.Amerikalı virusoloqlar bu fikrə düşüblər.

The Daily Mail bildirir ki, mütəxəssislər bu sindromu hibrid immunitet adlandırıblar. “Dəmir” immun sistemi Pfizer və Moderna preparatları ilə vaksinlənmiş, bundan daha öncə virusa yoluxub sağalmış vətəndaşda aşkarlanıb. Rokfeller Universitetinin virusoloqu Teodora Xatsioan bildirib ki, belə adamlarda SARS-CoV-2 virusuna qarşı inanılmaz güclü immunitet var.

“Adi immunitet orqanizmi 7-8 ay ərzində virusdan qoruyur.1 il sonra orqanizmdə hələ də anticisimlər qalsa da, müxtəlif ştammar üçün zəif olurlar. Təbii immuniteti olsa belə vaksinasiya etdirən şəxslərdə hüceyrələrdə immun yaddaşı güclənir, cavab olaraq orqanizm daha böyük müdafiə resursları ayırır. Belə dəmir immunitetə malik insanlar bütün növ SARS viruslarına qarşı dözümlülük göstərirlər”- deyə virusoloq bildirib.

Bizimyol.info

Diaspora