COVID-19 damar xəstəliyidir? - ARAŞDIRMA

COVID-19 damar xəstəliyidir? -  ARAŞDIRMA backend

Amerikalı alimlər araşdırma apararaq müəyyən ediblər ki, COVID-19 tənəffüs yolu yox, damar xəstəliyidir.

Qeyd edilir ki, koronavirus ilk növbədə arterial qan dövranı sisteminə təsir edir.

Virusun tərkibindəki protein hüceyrələrin mitokondriyasını zədələyir və damar endotelinin və damar divarlarının zədələnməsinə səbəb olur.

Əvvəlcə ağciyər sisteminin damar toxumasının iltihabı baş verir və sonra koronaviruslu xəstələrdə tənəffüs problemləri yaranır. Bu, qan dövranı pozulmaları ilə əlaqəli insult və digər ağırlaşmaların niyə tez-tez baş verdiyini izah edir.

Koronavirusun ağır formasında arteriyalarda qan laxtaları görünür və əksər hallarda bu, ölümə səbəb olan qan laxtalarıdır. Bu məlumatlara əsaslanaraq alimlər koronavirusun qrip və ya soyuqdəymə ilə eyni ola bilməyəcəyi qənaətinə gəliblər.

Mənbə: “Journal Circulation Research”

Diaspora