Evdə müalicə alan COVID xəstələri nə üçün ağırlaşır? - Açıqlama

Evdə müalicə alan COVID xəstələri nə üçün ağırlaşır? - Açıqlama backend

Evdə müalicə alan koronavirus xəstələrinin ağırlaşmasının səbəbi fərqli həkimlərdən müxtəlif müalicə reseptləri almalarıdır.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, uzman terapevt Zakir Quliyev deyib. Onun sözlərinə görə, həkimlərin bir-birindən xəbərsiz fərqli müalicə üsulu yazmaları xaotik müalicəyə gətirib çıxarır: "Xaotik müalicə ilə doğru müalicə eyni şey deyil. Bəzən 3-4 dərman belə bizə yetəri qədər yaxşı təsir edir. Amma bəzən yanlış zamanda yanlış dərman, uyğun olmayan vaxt hormon müalicəsi mənfi nəticələrə gətirib çıxarır. Yəni, xəstə qızdırır və ona steroid, hormon tərkibli dərmanlar yazırlar. İcazə verin, xəstənin bədəni xəstəliklə mübarizə aparsın. Hormon müalicəsi bədənin mübarizəsinin qarşısını alır. Belə olduqda bədənin immun sistemi çökür və xəstəlik aktivləşir. Hormon müalicəsinə nə zaman başlanılmasına diqqət edilməlidir. İlk 2-3 gün qızdırma viral replikasiya, virusun çoxalmasıdır. Bütün viral replikasiyalarda qızdırma normal bir şeydir. Belə hallarda steroid vermək olmaz".

Mütəxəssis onu da bildirib ki, hər xəstə evdə müalicə almamalıdır: "Elə xəstələr var ki, müalicə prosesini günbəgün izləmək lazımdır. Vəziyyətdə hər hansısa ağırlaşma varsa, inad etmək lazım deyil. Klinikalarda kifayət qədər yer var. Yerlərlə bağlı heç bir problem yoxdur. Bizdə koronavirusla mübarizə ən yüksək səviyyədədir. Dəmanlar yetəri qədər var. Ona görə də klinikalarda yatmaqdan qorxmayın. Əksinə, klinikalara gec yatdığımız üçün ağırlaşırıq".

Diaspora