“Hazırda yoluxma göstəricisi 7-8 min civarındadır” - Həkimdən xəbərdarlıq - VİDEO

“Hazırda yoluxma göstəricisi 7-8 min civarındadır” -  Həkimdən xəbərdarlıq - VİDEO backend

“Əgər yoluxma sayındakı bugünkü rəqəmlər üç həftə də davam etsə, yaxın həftələrdə xəstəxanalarda yer problemi ilə rastlaşa bilərik. Hazırda xəstəxanalarda xəstə sayı çoxdur və demək olar ki, palatalar dolmuş vəziyyətdədirlər. Modul tipli xəstəxanalar açıldıqdan 3-4 gün sonra tamamilə dolurlar”.

Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib. O bildirib ki, ölkədə koronavirusun “Delta” ştammı geniş yayılır:

“Bugünkü rəqəmlərdə gündəlik 4 000 yoluxma və 40 nəfərdən artıq şəxsin vəfat etdiyini görürük. Bu, çox ciddi göstəricidir. Təsəvvür edin ki, son 10 gün ərzində 500-ə yaxın şəxs dünyasını dəyişib. Bu, bizdə olan rəsmi rəqəmdir. Lakin nəzərə alaq ki, bir evdə beş koronaviruslu şəxsdən biri test verir. Bugünkü ölüm sayı da real göstəricidən təxminən iki dəfə azdır. Eyni zamanda yoluxma göstəricisi də 7-8 min civarında olar. Vəziyyət çox ciddidir, evlərdə kifayət qədər ağır xəstələr var. “Delta” qısa müddətdə ağırlaşma verir və temperaturu salmaq olmur. Xüsusən də yanaşı xəstəliyi olan şəxslər daha tez ağırlaşır və oksigenə tələbatı daha tez başlayır. Aparılan müalicələr isə demək olar ki, effekt vermir.

Onu da qeyd edim ki, “Delta” ştammı gənclər və kiçik yaşlı uşaqlar arasında özünü çox kəskin əlamətlərlə göstərir. Hətta 3-4 yaşlı uşaqlarda 39-40 dərəcə temperatur müşahidə olunur. Sevindirici hal odur ki, 10 yaşlı uşaqlarda ölüm faizi demək olar ki, 0 səviyyəsindədir. Həmçinin yaşlı şəxslərlə müqayisədə uşaqlarda “Delta”nın gedişatı müalicəyə daha tez tabe olur”.

Diaspora