“Xəstələr COVID-dən yox, preparatların toksiki təsirindən dünyasını dəyişib” - Həkim

“Xəstələr COVID-dən yox, preparatların toksiki təsirindən dünyasını dəyişib” -  Həkim backend

"Koronavirusa təsir edən konkret antiviral preparat mövcud deyil. Baxmayaraq ki, protokollarda bir sıra dərmanlar yazılıb, həmin antiviral dərmanları protokollara yazan həkim də yaxşı bilir ki, virusa təsir edən konkret dərman yoxdur".

Qazilər.az bildirir ki, bunu Azvision.az -a açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə  deyib. O bildirib ki, “Favipiravir”, “Remdesivir”  və s. kimi preparatların koronavirusa təsiri elmi-tədqiqatlarla sübuta yetirilməyib:

"Bu preparatlar ev şəraitində necə gəldi yazılır. Hətta həkimin göstərişi olmadan xəstələr özləri alıb, qəbul edirlər.

İnsanların sanki beyninə yeriyib ki, bu preparatları alıb qəbul etsələr, sağalacaqlar. İxtisasından aslı olmayaraq bütün həkimlər də bu dərmanları xəstələrə lazım oldu-olmadı təyin edirlər".

Həkim-infeksionist vurğuıayıb ki, çox sayda xəstələr bu preparatları qəbul etmədən sağalırlar:
"Antiviral preparatların olmayan xeyrindən çox, yan təsirləri həddən artıq çoxdur. Hələ dünyada adi "Herpes" virusunu məhv edən dərman preparatı tapılmayıb, qalmışdı ki, koronavirusuna qarşı tapılsın.

Bəlkədə zaman gələcək, sübut olunacaq ki, bu antiviral preparatlar COVID-in müalicəsində düzgün tətbiq edilməyib. Neçə-neçə xəstə COVID-dən yox, bu preparatların toksiki təsirindən dünyasın dəyişib".

Diaspora