Bioloqlar antibiotiklərin insan ömrünə təsirini açıqlayıb

 Bioloqlar antibiotiklərin insan ömrünə təsirini açıqlayıb backend

Avstraliyanın Flinders Universiteti və Sağlamlıq və Tibbi Araşdırma İnstitutunun mütəxəssisləri antibiotiklərin siçanların bağırsaq mikrobiotasını dəyişdirdiyini və ömür müddətinə təsirini müəyyən ediblər.

"Report" xəbər verir ki, məqalə "Cell Reports" adlı elmi jurnalda dərc olunub.

Araşdırmanın məqsədi körpəlikdən qocalığa qədər antibiotiklərin təsirini araşdırmaq olub.

Araşdırma qrupunun rəhbəri David Linn təcrübənin siçanlar üzərində aparıldığını və müsbət nəticələr əldə etdiklərini açıqlayıb. Məlum olub ki, antibiotik qəbul etdikdən sonra siçanların mədəsində PAM 1 və PAM 2 adlanan iki mikrobdan biri yaranır.

PAM 2 mikrobuna malik olan siçanlarda sonradan metabolik disfunksiyalara gətirib çıxaran insulin maddəsinin artması müşahidə olunub. Bundan əlavə, beyin və qaraciyər də daxil olmaqla müxtəlif toxumalarda daha çox iltihab olduğu üzə çıxıb və heyvanların erkən ölümü qeydə alınıb. PAM 1 mikrobunun olduğu siçanlar isə digərinə nisbətən daha çox yaşayıblar.

Diaspora