Kardioloq "postkovid sindromu"nun simptomlarını açıqladı - MƏSLƏHƏTİ...

Kardioloq "postkovid sindromu"nun simptomlarını açıqladı - MƏSLƏHƏTİ... backend

Yüksək kateqoriyalı həkim-kardioloq Yuliya Lotsmanova "postkovid sindromunun" simptomlarını açıqlayaraq xəstəliyin nəticələrinin insanlar tərəfindən "özbaşına diaqnostikası" ilə bağlı xəbərdarlıq edib. 

Qaziler.az bildirir ki, həkim bu barədə "Danışır Moskva" radiostansiyasına məlumat verib.

Lotsmanova qeyd edib ki, koronavirus infeksiyası ilə əlaqədar yaranan simptomlar 12 həftə uzana bilər. Bu, sidik və qanın klinik testlərindən keçməklə müəyyən edilir..

"Biz bu zaman qanda müəyyən dəyişikliklərin olduğunu görürük. Eritrositlərin çökmə sürəti yüksəlir, limfositlər aşağı düşür.  Stasionarlarda biokimyəvi qan testlərinə baxılır və qanda qlükozanın səviyyəsi, qaraciyər fermentləri, böyrəklərin vəziyyətinin göstəriciləri izlənilir" - deyə həkim bildirib.

Kardioloq insanları hansı analizlərin veriləcəyi ilə bağlı həkimlə məsləhətləşməyi tövsiyə edir: "Xəstəxanadan çıxarkən hansısa analizin normala dönmədiyi halda həkim neçə gündən sonra və hansı analizlərin verilməsini özü məsləhət görəcək. Saturasiyanı mütəmadi yoxlamaq üçün evdə pulsokimetr olsa yaxşı olar".

 

Diaspora