Ölkədə yoluxma sayının artması nə ilə əlaqədardır? - Açıqlama

Ölkədə yoluxma sayının artması nə ilə əlaqədardır? -  Açıqlama backend

"Yumşalmalardan sonra koronavirusa yoluxma sayında artım olub. Gözlədiyimiz kimi, yoluxma sayında sıçrayışlı artım müşahidə edilməsə də müəyyən qədər yüksəliş var".

Bunu Trend-ə açıqlamasında Kliniki Tibbi Mərkəzin koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, buna səbəb sosial təmasın bu və ya digər şəkildə artmasıdır: "Kütləvi tədbirlərin keçirilməsi zamanı insanlar arasında təmas artır. Bu da yoluxmaların artmasına gətirib çıxarır. İkinci məsələ koronavirusun "Delta" variantıdır. Bildiyimiz kimi, "Delta" ştammı daha sürətli yayılma potensialına malikdir. Bu da yoluxma sayının artmasında müəyyən rol oynayır. Üçüncüsü isə vaksinasiyadır. Aparılan hesablamalar nəticəsində müəyyən olunub ki, yoluxanların 99 faizi peyvənd olunmayanlardır. Bütün bu amillər yoluxmaların artmasına öz təsirini göstərir".

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib.

Diaspora