“Delta Plus” ştammı uşaqlarda da aşkarlandı - VİDEO

“Delta Plus” ştammı uşaqlarda da aşkarlandı -  VİDEO backend

İlk dəfə Hindistanda aşkarlanan, artıq dünyanın 96 ölkəsində qeydə alınan “Delta” və “Delta plus” ştammları ölkəmizdə də sürətlə yayılmağa davam edir.

Artıq bu bəlaya uşaqlarda da rast gəlinir. Professor Adil Qeybullanın sözlərinə görə, 12-20 yaş aralığında olan şəxslər xəstəliyi daha öncə əlamətsiz keçirirdisə, indi virusun konkret əlamətləri müşahidə olunur.

Nəzərə alsaq ki, hazırda koronavirusa qarşı vaksinasiya prosesi 18 yaşından yuxarı insanlarda aparılır.

İnfeksionist Nicat Əzimli məsələ ilə bağlı bildirib ki, uşaqları ictimai yerlərdən mümkün qədər uzaq tutmaq və digər insanlarla təmasını minimuma endirmək hazırda görülə biləcək ən yaxşı tədbirdir.

Qeyd edək ki, alimlərin açıqlamasına görə, “Delta” ştammının inkubasiya dövrü digər viruslarla müqayisədə daha azdır. Yəni bu xəstəliyin uşaqlar arasında yayılması daha yüksəkdir.

Diaspora