Bu uşaqlara vaksin vurula bilər - Baş pediatr

Bu uşaqlara vaksin vurula bilər -  Baş pediatr backend

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "Pfizer" peyvəndinin 12 yaş üstü uşaqlara vurula bildiyi təsdiqlənib.

Report xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rahimov deyib.

Onun sözlərinə görə, digər peyvəndlərdə tədqiqatlar aparıldığı üçün onların istifadəsi ilə bağlı dəqiq məlumat yoxdur.

“İnanıram ki, peyvəndlərin gələcəkdə bir neçəsinin də uşaqlara vurula bilməsi təsdiqlənəcək. Risk qrupuna aid uşaqlara COVİD-19 vaskini vurula bilər. Bunlar xroniki xəstəliyi, böyrək, ürək çatışmazlığı və s. xəstəliklərdir. Artıq bəzi uşaqlarda xəstəliyin ağır nəticələri olduğuna görə onların da peyvənd olunması lazımdır”, - pediatr bildirib.

Diaspora