İstidə duz əlavə olunmuş su için! - Mütəxəssislərdən vacib tövsiyə

İstidə duz əlavə olunmuş su için! - Mütəxəssislərdən vacib tövsiyə backend

Mütəxəssislər çox isti yay günlərində bir az duz əlavə olunmuş su içməyi tövsiyə edirlər.

İsti havada kondisioner olmayan yerlərdə, çöldə, dənizdə olanda, idman məşqləri zamanı adi su deyil, az duzlu su için. Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, bunun üçün adi su alıb ona 1 l üçün çay qaşığının 1/4 hissəsi qədər (bundan çox yox!) adi xörək duzu əlavə etmək lazımdır.

Saglamolun.az bildirir ki, duz orqanizmdə mayeni saxlayır, insan daha az tərləyir ki, nəticədə bu susuzlaşmanın və vacib mineral duzlarının itkisinin qarşısını alır.

İsti havada məhz susuzlaşma çox ağır pozulmalara yol aça bilər. Xüsusilə bu ürək, damar, böyrək, sinir sistemi xəstəlikləri olanlara, hamilə qadınlara və kiçik yaşlı uşaqlara aiddir. Bu şəxslərdə susuzlaşma çox ağır fəsadlar verə, hətta ölümlə nəticələnə bilər.  

Bir az duz əlavə olunmuş suyun "kosmetik" faydası da vardır. Həddindən artıq tərləmədən əziyyət çəkənlər bunu öz üzərində sınaya bilərlər.

Mütəxəssislər isti havada mineral suları da içməyi tövsiyə edirlər. Lakin burada bəzi məqamlar var - müalicəvi sulardan istifadə etmək olmaz ki, onların tərkibində duz çoxdur. Belə suları yalnız həkimin təyini ilə içmək olar. Həkimlə məsləhətləşməmiş yalnız süfrə mineral suları içə bilərsiniz.

İçdiyiniz su soyuq olmamalıdır. Bu istidə genişlənmiş damarların ani sıxılmasına və ürək tutması, baş ağrısı kimi fəsadlara yol aça bilər.

Bir dəfəyə 1 stəkan (200 ml) su içmək olar, bundan çox yox. Əks halda bu böyrək, ürək və damarların həddindən artıq yükləməsinə səbəb olacaq. 

Diqqət! İsti havada qazlı və şirin qazlı suları qəti şəkildə içmək olmaz.

Diaspora