“Günvurma daxili orqanlarda da dəyişikliyə səbəb ola bilər” - Həkim

“Günvurma daxili orqanlarda da dəyişikliyə səbəb ola bilər” -  Həkim backend

“Günvurma səhər saat 11-12 aralığında daha çox müşahidə edilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva Səhiyyə Nazirliyinin canlı yayımında çıxışı zamanı deyib.

O bildirib ki, günvurma dərəcəsinə görə üç yerə bölünür:

“Yüngül, orta-ağır və ağır dərəcəli günvurma olur. Günvurmanın əlamətləri baş ağrıları, göz önündə qara nöqtələrin sayrışması, ürəkbulanması kimi ilkin simptomlar olur. Pasiyent təcili yardıma müraciət edərkən vəziyyətini izah edə biləcək durumdadırsa, gün altında qaldıqdan sonra belə halsızlaşdığını deməlidir.

Orta-ağır və ağır vəziyyətdə olanlar isə təcili surətdə həkimə müraciət etməli və ona ilkin tibbi xidmət göstərilməlidir. Çünki günvurmanın altında çox qaldıqda qusma, huşunu itirmə, eşitmənin itməsi və hətta sinir sistemində dəyişiklərə də səbəb ola bilir. Günvurma daxili orqanlarda dəyişikliyə belə gətirib çıxara bilər”.

Diaspora