Hindistanın Virusologiya Milli İnstitutunun alimləri yarasalarda “Nipax” (NiV) virusunu aşkarlayıblar.
“Report” xəbər verir ki, bu barədə ekspertizanın nəticələrinə istinadən “The Indian Express” bildirib.
Yarasalarda aşkarlanan virus insanda ağır xəstəliyə səbəb ola bilər. Bu xəstəlik üçün beyin damarlarının iltihabı (ensefalit) və ya respirator xəstəliklər xarakterikdir. O, insanlara xəstələnən heyvanın ağız suyunun düşdüyü meyvələr vasitəsilə ötürülür. Virus olduqca yoluxucudur, onun vaksinləri və ya dərmanları yoxdur. “Nipax”a yoluxan insanlar arasında ölüm səviyyəsi 40-75 faiz təşkil edir.
Ümumdünya Səhiyyə Təşkilatı “Nipax”ı dünyanın ən təhlükəli vuruslarındən biri adlandırıb. O, ilk dəfə 2001 və 2007-ci illərdə Hindistanın Qərbi Benqaliya ştatında qeydə alınıb. Virus sonralar daha iki dəfə - 2018 və 2019-cu illərdə Kerala ştatında da aşkarlanıb.