Vaksinasiyadan keçən insanlarda asqırmaq koronavirusun əsas simptomudur.
“Express”in məlumatına görə, bu barədə “ZOE COVID Symptom Study” xəbərdarlıq edib.
Elm adamlarının fikrincə, tez-tez asqırmaq COVID-19 simptomu ola bilər. Bu simptom adətən vaksinasiya olunmalarına baxmayaraq, yoluxan xəstələrdə özünü göstərir.
Maraqlıdır ki, asqırma COVID-19-un əsas əlaməti deyil, hətta ən çox görülən simptomlardan biri belə sayılmır.
Mütəxəssislər peyvənddən sonra səbəbsiz yerə tez-tez asqırmanın COVID-19 əlaməti ola biləcəyini izah ediblər. Bu simptom peyvənd olunmuş xəstələrdə görünəndə həkimlər evdə qalmağı və koronavirus testi verməyi tövsiyə edirlər.
Oxu.az