Türkiyəli alimdən 4-cü dalğa ilə bağlı xəbərdarlıq

Türkiyəli alimdən 4-cü dalğa ilə bağlı  xəbərdarlıq backend

“Diqqətli və yetərincə təmkinli olmazsaq, bəzi ölkələrdə koronavirusun dördüncü dalğasını qarşılaya bilərik”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu COVID-19-a qarşı “BioNTech” vaksinini kəşf edən Uğur Şahin ABŞ-da çıxan jurnallardan birinə müsahibəsində bildirib.

O, koronasirusa qarşı tədbirləri davam etdirməyi məsləhət görüb.

U.Şahin dördüncü dalğa ilə bağlı xəbərdarlıq edərək “Delta” variantına qarşı diqqətli olmağın vacibliyini vurğulayıb. O, İngiltərədə əhalinin 50 faizinin vaksinlərin ikinci dozasını qəbul etmələrinə baxmayaraq, “Delta”nın hələ də yayıldığını qeyd edib.

Həkim koronavirusa qarşı antitelin səviyyəsi düşdüyündən 6 aydan sonra təkrar vaksinasiyaya ehtiyac olduğunu vurğulayıb.

Diaspora