Rusiyalı həkim-dietoloq və endokrinoloq Viktor Jilyayev arıqlamaq üçün "təhlükə yaradan" meyvə və giləmeyvələrin adını açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə "Moskva 24" nəşri məlumat verir.
Mütəxəssisin fikrincə, bu kateqoriyaya üzüm (100 qramında 63 kilokalori var) və banan (100 qramında 100 kilokalori var) daxildir. Onlar çox kalorili olduqlarına görə çəki atmağa mane ola bilər.
Jilyayev arıqlamaq istəyənlərə gün ərzində yalnız bir banan yeməyi və qara üzümə üstünlük verməyi məsləhət görür. Çünki qara üzüm digər sortlara nisbətən az kalorilidir.