COVİD-19-la əlaqəli immunitet sertifikatını kağız formasında almağa ehtiyac yoxdur.
Qazilər.az Report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin COVİD-19-la mübarizə İşçi qrupunun üzvü Günay Quluzadə deyib.
Nazirlik rəsmisi bildirib ki, mobil tətbiq vasitəsilə sertifikatı elektron şəkildə yükləmək yetərlidir.