Mövsümü olmasa da, artıq bazarlarda qarpız satışı başlayıb.
"Report"un əməkdaşı paytaxt ərazisindəki meyvə-tərəvəz bazarlarından birində olub və mövsümdən qabaq satılan qarpızların keyfiyyəti ilə bağlı araşdırma aparıb.
Məlum olub ki, hələ may ayı olmasına baxmayaraq, satış mərkəzlərində qarpıza tələbat kifayət qədərdir.
Qida mütəxəssisi Ağa Salamov isə "Report"a bildirib ki, mövsümdən əvvəl təklif olunan qarpız insan sağlamlığı üçün təhlükəlidir. Mütəxəssis bu giləmeyvənin mövsümünün avqustun sonlarına təsadüf etdiyini bildirib və ona görə də qarpızdan istifadəni bu vaxtlarda tövsiyyə edib.
Videomaterialı təqdim edirik: