“Sputnik V” peyvəndi 18 yaşdan yuxarı şəxslərə vurula bilər.
Qazilər.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Vəfa Ağayeva deyib.
O bildirib ki, digər peyvəndlərin kimlərə vurulması tövsiyə edilmirdisə, həmin şəxslərə “Sputnik V”nin də tətbiqi tövsiyə edilmir:
“Korona peyvəndləri ilə yanaşı bütün peyvəndlərə allergiyası olan və ya hansısa xəstəliyin kəskin dövrünü yaşayan, anafilaktik şoku keçirmiş şəxslərə peyvənd tətbiq olunmur. Bundan başqa, digər peyvəndlərdə olduğu kimi, bu peyvənd də hamilə və südverən qadınlara vurulmur”.