Söyüş və təhqirin insan orqanizminə dəhşətli təsiri – Qadın və uşaqları necə məhv edir?

Söyüş və təhqirin insan orqanizminə dəhşətli təsiri –  Qadın və uşaqları necə məhv edir? backend

İnsanın dilindən çıxan sözlər onun sağlamlığına DNT səviyyəsində təsir edə bilər. Hər bir sözün özünün elektromaqnit dalğalanması vardır. Bu dalğalar DNT molekullarının quruluşu və fəaliyyətinə toxunub təsir edir.

Əgər insanın nəslində, ailəsində daha çox söyüş və təhqirli ifadələr, sözlər işlənilibsə, o zaman DNT genetikasında nəsildə-nəsilə ötürülən mənfi təsir olacaq.

Medicina.az söyüşün orqanizmə 6 təsirini təqdim edir.

- Alimlər təsdiq edir ki, leksikona yad və kobud, təhqirli, qısa söyüşcül sözlər, eləcə də bəd ifadələr mutagen effekt yaradır, onlar sanki radiasiya şüalanması kimi orqanizmə təsir edir, genetik koda yazılır, insan, onun ailəsi və vərəsələri üçün dərin lənət proqramına çevrilir.

- Söyüş sözlər digər sözlərdən fərqli olaraq sinir uclarına daha dərin yapışır və keçiriciliyi sürətlidir. Sanki iki ucu olur. Tibb işçilərinin müşahidələrinə görə, iflic, insult keçirmiş xəstələr adi söz və cümlələri deyə bilmədiyi halda, fikirlərini asanlıqla söyüşlə ifadə edir, söyüşü daha təmiz səsləndirirlər.
Bu fenomenin sirri hələ dəqiq açılmayıb.

- Söyüş və qarğış suyu dəyişir. Bu elmi təcrübə ilə sübut olunub. Belə ki, kənd təsərrüfatında sümbül zəmilərində suvarma zamanı belə eksperiment aparılıb.

Suvarma üçün suda 3 söz istifadə edilir. Birinci kilsə duası. İkinci adi gündəlik söyüşlər. Üçüncü daha kobud, aqressiv söyüşlər.

Zəmi 3 yerə bölünərək, hər birinə ayrı sular verilir və müəyyən müddətdən sonra buğdaların yetişməsi yoxlanılır.

Adi su ilə suvarılan torpaqda 93% buğda yetişmişdi və boyu orta idi. Dua ilə işlənmiş su səpilən hissədə 96% buğda yetişib və onlar daha canlı, daha uzun idilər. Adi söyüşlü su səpilən yerdə 58% buğda, aqressiv söyüşlü suda isə cəmi 48% buğda yetişmişdi. Axırıncı zəmidə sümbüllərin uzunluğu eyni deyildi və orda kif əmələ gəlmişdi.

Alimlər məhz kifin əmələ gəlməsini aqressiv lənət və söyüş sözlərinin təsiri kimi izah etdilər. Çünki zəmidə kif ola bilməzdi.

Zəmi biçilməyə yaxın isə aqressiv söyüşlü su ilə suvarılan zəmidə xəmi 15% normal yetişmiş buğda qaldı, qalanı məhv olmuşdu.

- İnsana bəd ruhlar, cin və iblis toxunanda insan söyüşcül olur. Pravoslav kilsəsində çox söyüş söyən adamdan iblis qüvvələrini qovmaq üçün keşiş çağırıb xüsusi ayin edərdilər. Çünki söyüşü Adəmə iblis öyrədib və bu kəlmələr cəhənnəm lüğətindəndir. Belə adamları kilsəyə, məscidə aparıb, dini ayin və dualara qulas asdıranda özlərini narahat hiss edir, söyərək oranı tərk edir, daha da aqressivləşir.

- Alim İvan Belyavskiy söyüşün insan orqanizmi və sağlamlığına mənfi dağıdıcı təsiri nəzəriyyəsini irəli sürüb. Söyüş dağıdıcı qüvvə deməkdir. Söyüş qədim miflərdə tanrıların sakral adıdır. Söyüş qadın və uşaqların orqanizmini DNT səviyyəsində daxildən məhv edir. Belə ki, söyüş söyülən evdə və ya söyüş söyən qadınların hormonal fonu məhv olur, onlarda kişi hormonu çoxalır, səsi qalınlaşır, uşaq doğma qabiliyyəti azalır, qadının xarici görünüşü dəyişir.

- Sübut olunub ki, leksionunda söyüş və təhqir istifadə olunmayan ölkələrdə serebral iflic və daunla doğulan uşaqlar yoxdur. Bu hallar daha çox keçmiş sovetlər birliyi ölkələrində və kasıb dövlətlərdə çoxdur. Hansında ki, müəyyən sosial səbəblərdən insanları söyüşü adi söz kimi hər gün işlədir.

Unutmayaq ki, insan bədəninin 80% sudan ibarətdir. Hüceyrələr arası maye sudur.
Ona görə də sözün suyu necə dəyişdiyini hər an yadda saxlayın və söyüşdən uzaq durun.

Diaspora