“CoronaVac” real şəraitdə tətbiqi sınaqlara nisbətən daha faydalı olub

“CoronaVac” real şəraitdə tətbiqi sınaqlara nisbətən daha faydalı olub backend

Çinin koronavirus əleyhinə “CoronaVac” vaksini kliniki sınaqlarla müqayisədə real istifadə şəraitində daha effektiv olub.

“Report” xəbər verir ki, “Bloomberg” İndoneziyada aparılmış tədqiqatların nəticələrinə istinadən bu barədə məlumat yayıb.

Yanvar-mart aylarında İndoneziyanın paytaxtı Cakartada 128 290 peyvəndlənmiş tibb işçisi müşahidə edilib. Müşahidələr göstərib ki, peyvəndin ikinci dozasının vurulmasından yeddi gün sonra vaksin tibb işçilərindən 98 faizini ölümdən qoruyub, 96 faizini isə xəstəxanaya yerləşdirmək ehtiyacı yaranmayıb.

Peyvənd olunmuş həkimlərin 94 faizi simptomatik COVID-19-a yoluxmayıb. Bu nəticə klinik sınaqlar zamanı alınmış göstəriciləri xeyli üstələyir.

İndoneziyada və Braziliyanın 45 000 əhalisi olan Serrana şəhərində səhiyyə işçiləri tərəfindən aparılmış araşdırmada müşahidə olunan insanların təxminən 100 faizi tam vaksinasiya edilib. Vaksinasiyadan sonra ciddi xəstəlik və ölüm halları azalıb.

Azərbaycanda hazırda vaksinasiya prosesində “CoronaVac” peyvəndindən istifadə olunur. Ölkədə vaksinasiya 2021-ci il yanvarın 18-də başlayıb və könüllü əsaslarla aparılır. Mayın 15-nə olan məlumata görə, Azərbaycanda aşılanmış vətəndaşların ümumi sayı 1 777 426 nəfərdir, 1 026 376 nəfər koronavirus peyvəndinin ilk dozasını, 751 050 nəfər isə ikinci dozasını alıb.

Diaspora