Nevroloji xəstəliklər koronavirusa yoluxanların ölüm riskini altı dəfə artırır

Nevroloji xəstəliklər koronavirusa yoluxanların ölüm riskini altı dəfə artırır backend

Nevroloji xəstəliklərin olması koronavirusa yoluxanların ölüm riskini altı dəfə artırır.

APA TASS-a istinadən xəbər verir ki, “Pittsburgh” Universitetinin (Pensilvaniya ştatı) alimləri tərəfindən aparılan tədqiqatın nəticəsində bu bu qənaətə gəlinib.

Araşdırmaya 3744 COVID-19 xəstəsi qatılıb, onların 82 faizi baş ağrısı, qoxu və ya dadbilə, nevroloji problemlərlə üzləşib.

Həmçinin, xəstələrin yarısında insult və komaya səbəb olan kəskin ensefalopatiya əlamətləri olub.

Tədqiqat nəticəsində məlum olub ki, sözügedən xəstələrdə mövcud olan baş beyin, onurğa beyni və sinir sistemi xəstəliklərindən tutmuş xroniki migren, nevroloji və s.əlamətlər koronavirusa yoluxma zamanı təhlükəni ikiqat, ölüm riskini isə altı dəfə artırır.

Diaspora